Türkiyədə daha bir oyunçu millinin heyətindən çıxarılıb

Türkiyə milli komandasında Cağlar Söyüncüdən sonra daha bir futbolçu zədəyə görə heyətdən çıxarılıb.

Sportline.az Ntvspor.net-ə istinadla xəbər verir ki, milli komandanın düşərgəsində sol ayağının baş barmağında sıınıq aşkar edilən Enes Ünal AVRO 2024-ün heyətindən çıxarılıb. 

Enes Ünal bu mövsümün ilk hissəsini "Xetafe"də, ikinci hissəsini isə icarə əsasında "Bornmut"da keçirib.

Qeyd edək ki, 27 yaşlı hücumçu bu mövsüm çıxdığı 22 oyunda 2 qol vurub, 4 asist edib. Enes, ötən günlərdə İngiltərə klubu ilə 4 illik müqavilə bağlayıb.