Türkiyəli atletlər Bakıda

Ermənistanın paytaxtı İrəvandakı ağırlıqqaldırma üzrə Avropa çempionatında qızıl medal qazanmış türkiyəli atletlər Nuray Güngör, Cansu Bektaş, Yusuf Fehmi Genc və gümüş mükafatçı Qamze Altun Bakıya gəliblər.

Sportline.az "Report"a istinadən xəbər verir ki, idmançılarla birlikdə Türkiyə Ağırlıqqaldırma Federasiyasının prezidenti Talat Ünlü də Azərbaycan paytaxtına səfər edib.

Qardaş ölkənin nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman Nazirliyinin rəsmiləri, Azərbaycan Ağır Atletika Federasiyasının nümayəndələri, azarkeşlər və jurnalistlər qarşılayıblar.

Türkiyəli ağırlıqqaldıranların səfər zamanı paytaxtda bir sıra görüşlərdə və tədbirlərdə iştirakları nəzərdə tutulub.

Qeyd edək ki, qardaş ölkə təmsilçiləri Bakıya Prezident İlham Əliyevin dəvəti ilə gəliblər. İdmançılar İrəvandakı yarışda qazandıqları medalları Azərbaycana həsr ediblər.