Türkiyəli futbolçu Fransa klubu ilə yolları ayıracaq

Türkiyə millisinin yarımmüdafiəçisi Yusuf Yazıcı Fransa klubu ilə yolları ayırmaq qərarına gəlib. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Lill"də çıxış edən 27 yaşlı futbolçu klub rəsmiləri ilə görüşərək ayrılmaq istədiyini bildirib. 

Yusuf Yazıcı menecerinin işindən narazı qaldığı üçün "Gol İnternational" şirkəti ilə razılaşaraq yeni komanda tapmasnı tələb edib. 

Qeyd edək ki Yusuf Yazıcı "Lill" forması ilə çıxdığı 30 oyunda 10 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.