Türkiyəli jurnalist: "Qarabağ" çox güclü rəqibdir "
Türkiyəli idman jurnalisti "Qarabağ"la bağlı açıqlama verib.
ZPOR instaqram səhifəsinin əməkdaşı Recep Taip Kaya Sportline.az-a açıqlamasında bildirib ki, Türkiyədə minlərlə insanın sevgisini qazanan "Qarabağ" Avropa klubları üçün baş ağrısına çevrilib. Tanınmış jurnalist əlavə olaraq martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Bayer" görüşündə "köhlən atlar"a dəstək olacağını bildirib.
Recep Tayip Kaya "Bayer" güclü komandadır. Bu mövsüm məğlubiyyət görməyiblər, amma hər komandanın qırılma nöqtəsi olur. Bəlkə də "Qarabağ" bunu bacara bilər. Qurban Qurbanov mükəmməl komanda formalaşdırıb. "Braqa" ilə görüşdə bunun şahidi olduq",-deyib.
Qeyd edək ki, "Qarabağ" "Bayer Leverkuzen"lə martın 7-də evdə, 14-də isə səfərdə qarşılaşacaq.