Türkiyəli qapıçı Şotlandiya nəhənginin radarına düşüb

“Seltik” “Trabzonspor”un qapıçısı Uğurcan Çakırı izləməyə başlayıb.

Sportline.az Sporx.com-a istinadən xəbər verir ki, “Seltik” 36 yaşlı qolkiperi Co Hartın mövsümün sonu karyerasını bitirəcəyini açıqladıqdan sonra qapıçı axtarışına başlayıb.Klub həm təcrübəli, həm də inkşafa meyilli bir qapışı ilə razılıq əldə etmək istəyir.

Bu səbəblə dünyanın bir çox  fərqli bölgəsində geniş çaplı axtarışa çıxan “Seltik” klubu “Tranzonspor”da çıxış edən Uğurcan Çakırı da siyahısına daxil edib.

Qeyd edək ki, transfer qiyməti 9 milyon avro olan 27 yaşlı qapıçının “Trabzonspor”la 2027-ci ilə qədər müqaviləsi var