Türkiyəni növbəti mövsüm Avropada təmsil edəcək komandalar bəlli olub
Ötən gecə keçirilən Türkiyə kuboku finalından sonra Türkiyəni növbəti mövsümdə Avropada təmsil edəcək komandalar tam olaraq bilinib.
Sportline.az xəbər verir ki, "Qalatasaray" və "Fənərbağça" növbəti mövsüm Uefa Çempionlar Liqasında çıxış etməyə haqq qazanıblar.
(1-ci yer pley off, 2-ci yer 2-ci təsnifat mərhələsi).
Türkiyə kubokunun sahibi "Beşiktaş" Uefa Avropa Liqasında pley-off mərhələsindən mübarizəyə başlayacaq, Trabzonspor isə Uefa Avropa Liqasının 2-ci təsnifat mərhələsindən.
"Başakşehir" klubu Türkiyəni Konfrans Liqasında təmsil edəcək.(2-ci təsnifat mərhələsi)
Qeyd edək ki, həftəsonu Türkiyə Super Liqasında mövsümə yekun vurulacaq.