Türkiyənin baş məşqçisindən qələbə şərhi
Türkiyə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Xorvatiyanı minimal hesabla məğlub edib.
Sportline.az xəbər verir ki, "ay-ulduzlular"ın yeni baş məşqçisi Vinçenzo Montella ilk oyunda qələbəyə görə xoşbəxt olduğunu bildirib.
“Bu, mənim üçün əla başlanğıcdır. Futbolçular meydanda hər şeylərini verdilər, bütün güclərini ortaya qoydular və mən komandamızda olan hər kəsi təbrik etmək istəyirəm”, - deyə Montella UEFA-nın mətbuat xidmətinə açıqlama verib.
Qeyd edək ki, Türkiyə millisi13 xalla D qrupuna başçılıq edir. Xorvatiya isə ikinci yerdədir (10 xal).