Tuxel Müllerə inanır
"Bavariya"nın çalışdırıcısı Tomas Tuxel təcrübəli hücumçu Tomas Müller barədə danışıb.
Sportline.az xəbər verir ki, hələ oynamağa davam etmək istəyini vurğulayan 34 yaşlı futbolçuya məşqçisi Tuxel də dəstək olub.
“Onun komandada olmasını istəyirik. Onun oynamağa davam etmək istədiyi aydındır. Niyə o, ən yüksək səviyyədə oynamağa davam etməsin? Mən ona çox müsbət baxıram. Tomas klubun simvolu, əfsanəsidir. O, bizim aramızda böyük hörmətə malikdir”, - insayder Fabrizio Romano Tuxeldən sitat gətirib.