Tuxelin yeni planı: Papastatopoulos və Virts
"Bavariya"nın qış transfer pəncərəsində aktiv olacağı öncədən bəllidir.
Sportline.az “Bavariya və Almaniya” nəşrinə istinadla xəbər verir ki, baş məşqçi Tomas Tuxel klubun qarşıdakı planlarından danışıb.
“Biz transferlər üzərində işləyirik. Yanvarda bir neçə həftə beynəlxalq turnirlərdə iştiraka görə çoxlu oyunçu itirəcəyik. Hər şey nəzarət altındadır. Yanvarda komandamızı gücləndirməyə çalışacağıq, baxmayaraq ki, bu, asan olmayacaq”, - deyə məşqçi bildirib.
Qeyd edək ki, Tuxelin hədəfinin Sokratis Papastatopoulos və Florian Virts olduğu bildirilir.