Avropa Liqası: "Qarabağ" beşinci pillədə qərarlaşıb
UEFA Avropa Liqasının qrup mərhələsində iştirak edən və formada olan komandaların adları açıqlanıb.
Sportline.az yarışın rəsmi səhifəsinə istinadla xəbər verir ki, "10-luq"da "Qarabağ" da yer alıb.
Azərbaycan çempionu 5-ci pillədədir.
Siyahı yerli çempionat və Avropa Liqasının nəticələrinə əsasən tərtib olunub. Ağdam təmsilçisi keçirdiyi son 5 oyunun dördündə qələbə qazanıb, birində uduzub.
Komandanın qrup mərhələsində rəqiblərindən olan Almaniyanın "Bayer 04" klubu birinci, Norveç çempionu "Molde" isə 10-cu pillədədir.