Uğurcan getsə, Berke gələcək
"Trabzonspor"un qapıçısı Uğurcan Çakır "Fənərbağça"ya transfer olmağa yaxındır.
Sportline.az xəbər verir ki, "qara dənizlilər" U.Çakırın yerinə "Eyüpspor"dan Berke Özeri heyətə qatmağı planlaşdırır. Bu haqda insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Berkenin dəyəri "Transfermarkt" portalına görə, 6 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, 25 yaşlı kiperin "Eyüpspor"la müqaviləsi 2027-ci ilin iyun ayına qədər nəzərdə tutulub.