DÇ-də qalmaqal: Ukrayna idmançısı iranlı həmkarını rüsvay etdi
Pauerliftinq üzrə dünya çempionatında siyasi qalmaqal yaşanıb.
Sportline.az xəbər verir ki, Cənubi Afrika Respublikasının San-Siti şəhərində keçirilən yarışın mükafatlandırma mərasimində ukraynalı İvan Çuprınko iranlı həmkarı Əmir Reze Mesforuşun təbrikini rədd edib.
Dünya çempionunu təbrik eləmək istəyən İran idmançısının iki cəhdi uğursuz alınıb.
Ukraynalı atletin bu addımının siyasi münasibətlərdən qaynaqlandığı bildirilib.
Ukraynalı idmançılar Rusiya ilə müharibədə qarşı tərəfi dəstəkləməkdə günahlandırdıqları İranın təmsilçilərinə dost münasibət bəsləmədiklərini nümayişkaranə şəkildə bildirməkdədirlər.