Ukrayna klubları üçün Avropada uğursuz mövsüm
Ukrayna klubları Avrokuboklarda son 16 ilin ən pis nəticəsini göstəriblər.
Sportline.az xəbər verir ki, ötən gecə Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyununa “Marsel”lə “Şaxytyor” komandaları qarşılaşıblar.İki oyunun nəticəsi görə növbəti tura yüksələn tərəf Fransa klubu olub.Beləliklə Avrokuboklarda 1 dənə də olsun Ukrayna komandası qalmayıb.
Bütün mövsüm ərzində Ukrayna klubları UEFA-nın əmsal cədvəlində 20.5 xal toplayıb.Bu, Ukrayna üçün 2007/2008 mövsümündən bəri ən pis nəticədir.
Beləliklə Ukrayna çempionatı əmsallar cədvəlində 18-ci yerdə qalmağa davam edəcək və bu səbəbdən 2025-2026 mövsümündə Ukrayna avrokuboklarda 5 deyil ,4 komanda ilə təmsil olunacaq.
Qeyd edək ki,bu avrokubok kvotasının azaldılmasına uyğun baş verəcək və konkret olaraq Çempionlar Liqasında ölkə 2 deyil ,1 klubla təmsil olunacaq.