Ukrayna klubu İsrail komandası ilə matçın təxirə salınmasına etiraz edir

Ukraynanın “Zorya” komandası Konfrans Liqasındakı oyununun təxirə salınmasına etiraz edib.

Sportline.az komandanın mətbuat xidmətinə istinadla xəbər verir ki, Ukrayna klubu qrup mərhələsində İsrail “Makkabi”si ilə Təl-Əvivdə keçirəcəyi oyunun noyabr ayına təxirə salınmasından narazıdır.

İsrail və Fələstin arasında gərginliyə Hayfa və Təl-Əviv klubları gələn həftə keçirilməsi nəzərdə tutulan avrokubok oyunlarının təxirə salınması üçün UEFA-ya müraciət etmişdi.

Ukrayna klubu noyabrda klubun çətin təqviminin olduğu üçün etiraz edib.