Ukrayna klubunun futbolçularını zəhərləyiblər
"Dnepr-1" klubunun baş məşqçisi Aleksandr Kuçer qalmaqallı açıqlama ilə gündəmə gəlib.
Sportline.az championat.com-a istinadla xəbər verir ki, o, UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Panatinaikos"la oyunundan (2-2) sonra keçirilən mətbuat konfransında futbolçularının zəhərləndiyini bildirib: "Ötən gecə 8 futbolçumuz və klubun 7 əməkdaşı zəhərlənib. Onlar bütün gecəni yatmayıblar. Meydana çıxan futbolçuların əksəriyyəti zəhərlənmişdi".
Qeyd edək ki, Yunanıstanda keçirilən oyunda 2-2 hesablı heç-heçə oynayan "Dnepr-1" iki oyunun nəticəsinə görə 3-5 uduzaraq mübarizəni dayandırıb.