Ukraynalı ulduz futbolçu rusiyalı modellə münasibətə görə qınanır

"Çelsi"nin ukraynalı futbolçusu Mixail Mudrikin rusiyalı model Violetta Qraçova ilə münasibətdə olduğu bilirilir.

Sportline.az xəbər verir ki, bu haqda sosial şəbəkələrdə məlumat yayılıb.

Onların mühriban münasibəti Mudrikin Vətənində müsbət qarşılanmayıb.

Ukraynalı sosial şəbəkə istifadəçiləri futbolçunu müharibə apardıqları ölkənin nümayəndəsi ilə münasibət saxladığına görə kəskin tənqid atəşinə tutaraq riyakar adlandırıblar. 

Qeyd edək ki, Violetta Qraçova Mudrikdən əvvəl "Rostov"un sabiq futbolçusu Mattias Nornman və "Zenit"in oyunçusu Andrey Mostovoyla da yaxın münasibətdə olub.