Ulduz basketbolçu zədə üzündən 2 həftə komandasına kömək edə bilməyəcək
Ulduz basketbolçu zədə üzündən komandasına kömək edə bilməyəcək.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Los Ancels Leykers"in super ulduzu Lebron Ceyms ayaq biləyindən aldığı zədə üzündən 2 həftə komandasına kömək edə bilməyəck.
Komandanın həkimləri basketbolçunun ən qısa zamanda meydana geri dönəcəyini və zədəsinin elə də ciddi olmadığını deyiblər.
Qeyd edək ki, Lebron Ceyms komandaya əvvəlkindən daha yaxşı vəziyyətdə qayıdacağını deyib.