Ulduz futbolçu AVRO:2024-ə getməyəcək
"Real"ın və Belçika millisinin qolkiperi Tibo Kurtua Avropa çempionatına yollanmayacaq.
Sportline.az xəbər verir ki, bu haqda Radio Marca məlumat yayıb.
Dizindəki ciddi zədədn sonra bərpa prosesi keçən futbolçu bununla bağlı klub rəhbərliyi BFF-ni məlumatlandırıb.
Kurtua ən tezi gələn ilin may ayında sıraya dönəcəyini nəzərə alaraq belə qərara gəlib.
O, 100 faiz hazır olmadığı yarışda iştirak etmək istəmədiyini vurğulayıb.