Ulduz futbolçu Bakıda

Rusiya millisinin və "Zenit"in sabiq üzvü Artyom Dzyuba karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportline.az "Sport-Ekspress"ə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu ötən gün Bakıya gəlib. Onun Premyer Liqa klublarımızdan biri ilə danışıq apardığı güman edilir.

Qeyd edək ki, Dzyuba bu ilin may ayında "Zenit"dən ayrılıb. Buna görə də o, Azərbaycan klubuna azad agent statusu ilə keçə bilər.

Banner