Ulduz futbolçu qeyri-etik hərəkətə görə cəzalandırıla bilər

39 yaşlı ulduz futbolçu növbəti dəfə qeyri-etik hərəkətlərlə gündəmə gəlib.

Sportline.az “The Telegraph”-a istinadən xəbər verir ki,Səudiyyə Ərəbistanı Futbol Federasiyası (SAFF) Pro Liqasının 21-ci turunun oyunundan (3-2) sonra “Əl Şabab” azarkeşlərinə nalayiq jest edən “Əl Nəssr”in hücumçusu Kriştiano Ronaldo ilə bağlı araşdırmaya başlayıb.

Bu Ronaldo ilə bağlı ilk belə hadisə deyil.Ötən ilin aprel ayı futbolçu “Əl Hilal” tribunalararına qarşı da ədəbsiz hərəkətləri ilə diqqət çəkmişdi.Bu ayın əvvəlində isə Kristiano azarkeşlər tərəfindən ona atılan şərfi şortunun içinə soxub daha sonra tribunaya tərəf tullamışdı.

Qeyd edək ki, cari mövsüm Pro Liqada komandası ilə 20 oyuna çıxan portuqaliyalının aktivində 22 qol, 9 məhsuldar ötürmə var.