Ulduz futbolçu yaşıl meydanlara geri qayıdır

"Beşiktaş"dan "Everton"a transfer olunan ulduz futbolçu Dele Alli yaşıl meydanlara geri qayıdacaq.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, komandanın baş məşqçisi Sian Dayçi təcrübəli yarımmüdafiəçinin komandadan ayr məşqlərə başladığını və ən qısa zamanda futbol oynaya biləcəyini deyib. 

Dele Alli fevral ayından bu yana futboldan uzaq qaldığı üçün üzgün olduğunu amma ən qısa zamanda komandaya qatılacağını bildirib.

Qeyd edək ki, Dele Allinin "Everton"la müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.