Ulduz futbolçunun anası hərəkətə keçdi

"Yuventus"un yarımmüdafiəçisi Adrien Rabyo karyerasını "Nyukasl"da davam etdirə bilər.

Sportline.az "La Gazetta dello Sport"a istinadla xəbər verir ki, fransız futbolçu ən yaxın transfer dönəmində Turin klubundan ayrılmağa qərar verib. Futbolçunun agentliyini edən anası İngiltərə klubu ilə danışığa keçib.

Bundan başqa, "Everton" da 26 yaşlı yarımmüdafiəçi ilə maraqlanır. Liverpul klubunun çalışdırıcısı Karlo Ançelotti PSJ-dən tanıdığı keçmiş oyunçunu sərəncamında görmək istəyir.

Rabyo 2019-cu ilin yayında PSJ-dən "Yuventus"a azad agent statusu ilə keçib