Ulduz futbolçunun yaşıl meydanlara qayıdacağı tarix bəlli oldu

Uzun müddətdir zədədən əziyyət çəkən ulduz futbolçunun yaşıl meydanlara qayıdacağı tarix bəlli oldu.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, "Real Madrid"in 20 ya.lı hücumçusu Cud Bellingem "Jirona" ilə görüşdəzədələndikdən sonra müalicəyə başladığı üçün uzun müddət yaşıl medyanlardan kənarda qalıb. 

"Kral" klubunun həkimləri futbolçunun zədəsini sağaltdığını və ən qısa zamanda məşqlərə başlayacağını deyiblər. Karlo Ançelotti Cud Bellingemin mart ayının 2-də "Valensiya" ilə görüşədək sağalmasını istəyib. 

Qeyd edək ki, Cud Bellingem bu mövsüm çıxdığı 29 oyunda 20 qol, 8 asistlə yadda qalıb.