Ulduz futbolçuya 4 illik cəza verilib

Fransalı ulduz futbolçu 4 il müddətinə yaşıl meydanlardan uzaqlaşdırılıb.

Sportline.az xəbər verir ki, "Yuventus" klubunun şərəfini qoruyan Paul Poqbanın dopinq testi pozitiv çıxıb.

UEFA və FİFA Paul Poqbanın 4 il müddətində yaşıl meydanlardan uzaqlaşdırılmasına qərar verib.

Qeyd edək ki, 30 yaşlı təcrübəli yarımmüdafiəçi 2028-ci ilədək heç bir oyunda çıxış edə bilməyəcək.