Vout Veqhorst yenidən Türkiyə klubunda çıxış edə bilər

Vout Veqhorst yenidən Türkiyə klubunda çıxış edə bilər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, "Beşiktaş" klubunun keçmiş futbolçusu Vout Veqhorst karyerasını "Qalatasaray" da davam etdirə bilər.

Futbolçunun meneceri "sarı-qırmızlar"ın rəsmiləri ilə görüşərək Veqhorstu transfer etmələrini təklif edib. 

Qeyd edək ki, Vout Veqhorst bu mövsüm "Xofenxaym" komandasının forması ilə çıxdığı 22 oyunda 5 qol, 1 asistlə yadda qalıb.