Uruqvaylı müdafiəçi yenidən yaşıl meydanlara qayıdıb

“Atletiko Madrid”lə İspaniya çempionu olan Dieqo Qodin karyerasını bərpa edib.

Sportline.az xəbər verir ki, “Atletiko Madrid”in heyətində İspaniya çempionu və 2 qat Avropa Liqasının qalibi Dieqo Qodin karyerasını bərpa edib.O Uruqvayın “Poronqos” komandası ilə müqavilə imzalayıb.Bu barədə klubun mətbuat xidməti xəbər verib.

38 yaşlı futbolçu həvəskar liqada çıxış edən klubla 2024-cü ilin sonuna kimi müqavilə imzalayıb.Qodinin sonuncu klubu “Veles Sarsfid” olub.2023-cü ilin yayında müdafiəçi karyerasını bitirdiyini açıqlamışdı.

Qeyd edək ki, Qodin peşakar karyerasında “Vilyareal”, “Atletiko Madrid” , “İnter” , “Kalyari” və “Atletiko Mineiro” klublarının şərəfini qoruyub.O eyni zamanda Uruqvay milli komandasının formasını ən çox geyinən oyunçudur. (159)