Vadim Vasilyevin son durumu

Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin son durumu açıqlanıb.

Sportline.az xəbər verir ki, insult keçirən veteran hücumçu hələ də reanimasiyadır.

Vasilyevin hazırkı vəziyyəti sabit-ağır kimi qiymətləndirilir. 

Həkimlərin sözlərinə görə, yaxşılığa doğru dinamika olsa da, onun bədəninin bir hissəsi - sol əli və ayağı işləmir.

Qeyd edək ki, ötən gün insult keçirən Vadim Vasilyev xəstəxanaya yerləşdirilib.