Valeri Karpinin həyat yoldaşının 8 mart üçün istədiyi hədiyyə ortaya çıxıb
Dariya Karpina instaqram səhifəsindən şəkil paylaşaraq öz istəyini birüzə verib.
Sporline.az Sovsport.ru-ya istinadla xəbər verir ki , Rusiya millisi və “Rostov”un çalışdırıcısı Valeri Karpinin həyat yoldaşı Dariya Karpina 8 mart üçün nə istədiyini ironiyalı bir paylaşımla ifadə edib.
Dariya öz instaqram səhifəsindən Vareri Karpini etiketləyərək maraqlı bir paylaşım edib.
“Sevgilim, 8 mart üçün nə istədiyimi dəfələrlə soruşmusan.Mənə heçnə lazım deyil.Yalnız sənin sevgin və qayğın.63 dəfə təşəkkür edirəm” deyə paylaşımda bildirilib.Məktubdakı bütün “o” hərflərini isə “Mercedes”in işarəsi əvəz edib.
Qeyd edək ki, Valeri Karpin 2021-ci ilin iyun ayından Rusiya millisinə rəhbərlik edir.”Rostov”a isə 2022-ci ilin mart ayından.