Van Persi dilinin bəlasına düşdü

"Fənərbaxça"nın hollandiyalı futbolçusu Robin van Persi Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırılıb. SportLine.az xəbər verir ki, Türkiyə Kubokunun "Beşiktaş"a qarşı keçirilən 1/8 final görüşündə (1:0) rəqib klubun fanatlarına dil çıxaran hücumçu üç oyun komandasına kömək edə bilməyəcək.

Bundan əlavə hollandiyalı 5 min avro məbləğində cərimə ödəyəcək.