Vəli Qasımov: "Qarabağ"ın bu gün də bizi sevindirməsini arzulayıram"
"Qarabağ"ın bu gün də bizi sevindirməsini arzulayıram".
Bunu Sportline.az-a açıqlamasında veteran futbolçu Vəli Qasımov deyib. Millimizin sabiq forvardı bu gün keçiriləcək "Qarabağ" - "Bayer" görüşündə təmsilçimizə uğurlar arzulayıb: "Bəxtimizə çətin rəqib düşüb. Hazırda "Bayer" Avropada ən güclü komandadır. "Qarabağ"a bu çətin imtahanda uğurlar arzulayıram. Rəqib aşkar favorit sayılsa da, komandamız doğma meydanda oynadığından böyük hesablı məğlubiyyət olmayacağına əminəm. Son vaxtlar daha inamlı oyun göstərən "Qarabağ"ın bu gün də bizi sevindirməsini arzulayıram".
Qeyd edək ki, Vəli Qasımov futbolçu karyerası ərzində Azərbaycanın "Neftçi" , Ukraynanın "Metallist", Rusiyanın "Spartak", "Dinamo", İspaniyanın "Real Betis", "Albasete", "Esixa", Portuqaliyanın "Vitoriya Setubal" və "İmortal" klublarının formasını geyinib.