Veqhorst Türkiyəyə qayıdır
Daha öncə “Beşiktaş” klubunun şərəfini qoruyan Vout Veqhorst Türkiyənin digər nəhəngi - “Qalatasaray”ın formasını geyinə bilər.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, “sarı-qırmızılar” Bakambunun komanda ilə ayaqlaşa bilməməsi və istənilən performansı ala bilmədikləri üçün klubdan göndərmək niyyətindədirlər.
“Qalatasaray” rəsmilərinin “Börnli” klubu ilə danışıqlara başladığı və 31 yaşlı hücumçu ilə şəxsi razılıq əldə olunduğu bildirilir.
Qeyd edək ki, Vout Veqhorst hazırda icarə əsasında çıxış etdiyi “Hoffenhaym”ın heyətində 11 oyuna 3 qol, 1 asistlə yadda qalıb.