"Vest Hem"dən "Roma"ya doğru

İtaliyanın "Roma" klubu hücum xəttini gücləndirmək üçün səs-küylü transeri hədəfləyir. Krisensio Sammervil bu yay kluba qoşula bilər.

Sportline.az xəbər verir ki, "Roma" rəhbərliyi 24 yaşlı hollandiyalı ilə müqavilə imzalamaqda çox ciddidir. Romada artıq konkret addımlar atılıb: hollandiyalının nümayəndələri İtaliyaya səfər edib və "Roma" rəhbərliyi ilə danışıqlar aparıblar.

Sammervilin özü cümə axşamı Mayamidəki tətildən qayıdıb və masasında olan bütün təklifləri şəxsən nəzərdən keçirməyi planlaşdırır. Qanad oyunçusunun “Vest Hem” ilə hazırkı müqaviləsi daha üç il müddətinə bağlandığı üçün iddiaçılar İngiltərə klubunun maliyyə tələblərini ödəməli olacaqlar.

Banner