"Vest Hem Yunayted" yeni baş məşqçi axtarışlarına başlayıb

"Vesthem Yunayted" klubu yeni baş məşqçi axtarışındadır.

Sportline.az Skysports.com-a istinadla xəbər verir ki, İngiltərə klubu David Moyeslə yolları ayırmaq qərarına gəlib. 

"Vesthem Yunayted" klubunun rəsmiləri təcrübəli çalışdırıcının yerinə Qraham Potter, Stiv Kupper və Culin Loptequi ilə danışıqlara başladıqlarını bildiriblər.

Qeyd edək ki, David Moyes 2019-cu ildən "Vesthem Yunayted" klubununu çalışdırır.