Vilfred Zaha "Başakşəhər"lə görüşdə fərqlənmək istəyir

"Qalatasaray"ın Fildişi Sahilindən olan futbolçusu Vilfred Zaha bu gecə "Başakşəhər"lə görüşdə fərqlənmək istəyir. 

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli hücumçu əsas heyətdə yer almaq istədiyini və aktivinə 10-cu qolu yazdırmaq istədiyini bildirib. 

Okan Buruk isə Vilfred Zahaya bu gün əsas heyətdə yer verəcəyini və futbolçunun istəyinin gerçəkləşməsi üçün ona kömək edəcəyini deyib. 

Qeyd edək ki, Vilfred Zaha bu mövsüm 29 oyunda 10 qol, 5 asistlə yadda qalıb.