Vinisius “Real Madrid”dən ayrılır?
Adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu "Real Madrid"in brazilyalı ulduz futbolçusu Vinisius Junior üçün 130 milyon avro ödəməyə hazırdır.
Sportline.az "Defensa Central" nəşrinə istinadən xəbər verir ki, Madrid klubu 25 yaşlı sol cinah vingerini satmaq niyyətində deyil.
Vininin hazırda rəhbərliklə heç bir problemi yoxdur.
Qeyd edək ki, sözü gedən futbolçu bu mövsüm meydana çıxdığı 2 matçda 1 qol 1 asistlə yadda qalıb.