Vinisiusa 1 milyard avro qiymət qoyuldu
"Real Madrid" ulduz futbolçusu Vinisius Junioru daha 4 il komandada saxlayır.
Sportline.az xəbər verir ki, artıq Vingerlə müqavilənin müddəti uzadılıb. "Sambaçı" 2027-ci ilin yayına qədər Madrid klubunun şərəfini qoruyacaq.
Vinger artıq 5 ildir ki, Kral klubunda çıxış edir. Vinisiusun yeni müqaviləsindəki təzminat məbləği isə fantastik həddə, yəni 1 milyard avroya qədər yüksəldilib.