Vinisiusdan Neymara dəstək

Ulduz futbolçu Vinisius Junior Uruqvay - Braziliya (2:0) matçında zədələnən Neymara dəstək olub.

Sportline.az xəbər verir ki, "Real Madrid"in futbolçusu millidəki komanda yoldaşı Neymarın zədəsilə bağlı paylaşım edib.

O, sosial şəbəkədə “Tez sağal. Səni sevirəm, Neymar" yazıb.

Qeyd edək ki, Neymar son matçında zədələndikdən sonra meydanı xərəklə tərk edib.