Vinisiusun İspaniyada sevilməməsinin səbəbi

"Real"ın ulduzu Vinisius Juniorun "İspaniya dünya çempionatının ev sahibliyindən məhrum edilməlidir" ifadəsi deyəsən "hələ çox su aparacaq".

Sportline.az xəbər verir ki, irqçiliyi əsas gətirərər belə cəsarətli çıxış edən braziliyalıya müxtəlif futbolçular tərəfindən cavab verilməkdədir.

"Real" və "Valensiya"nın sabiq qapıçısı Santyaqo Kanisares də məsələyə münasibət bildirib.

O, "Cadena Cope"yə müsahibəsində Vinisiusun İspaniyada dərisinin rənginə görə deyil, danışığına görə sevilmədiyini bildirib.

Kanisares bu səviyyəli futbolçuların hər bir kəlmələrinə diqqət yetirməli olduqlarını vurğulayıb.