"Vüqar Həşimov" klubu Avropa Kubokunda bu gün növbəti görüşünü keçirəcək

“Vüqar Həşimov” klubu Serbiyanın Vranyatske-Bane şəhərində keçirilən şahmat üzrə Avropa Kubokunda bu gün növbəti görüşünü keçirəcək.

Sportline.az xəbər verir ki, hazırda 8 xalla 13-cü pillədə yer alan komanda VI turda azərbaycanlı qrossmeysterlər Teymur Rəcəbov və Nicat Abasovun da heyətində yer aldığı Türkiyə təmsilçisi “Bayegan Pendik Chess Sports Club”la qarşılaşacaq.

Qeyd edək ki, şahmatçılarımız əvvəlki beş turda Norveçin SOSS (5,5:0,5), İsveçin “Lunds” (3,5:2,5), İsveçrənin "Riksen" (4:2) və İsrailin "Etude Ramat Qan Dov Porat Memorial" (4:2) kollektivlərini üstələyib, Rumıniyanın "Superçess" klubuna isə 1:5 hesabı ilə məğlub olublar.