Xabi Alonso: "Qarabağ"la oyuna hazırıq"

"Yaxşı istirahət etmişik. Azarkeşlərimizin qarşısında istədiyimiz oyunu göstərməyə çalışacağıq".

Sportline.az xəbər verir ki, bunu "Bayer" - "Qarabağ" görüşündən əvvəl təşkil olunan mətbuat konfransında Leverkuzen klubunun baş məşqçisi Xabi Alonso deyib.

İspaniyalı mütəxəssis oyunun asan alınmayacağını bildirib: "Sabah yüksək performans göstərmək üçün əlimizdən gələni edəcəyik. Qarşıda bizi çox oyunlar gözləyir. Bütün bacarığımızı göstərməliyik. Ümid edirəm ki, qalib gələcəyik. Hər oyuna diqqət etməliyik.

Sabah "Volfsburq"la matçda olduğu kimi oynamayacağıq. Bizim üçün intensiz mərhələ başlayır. Üç turnirdə mübarizə aparırıq. Heyətimiz yaxşıdır, komanda sabahkı oyuna hazırdır".

Qeyd edək ki, "Bayer" - "Qarabağ" matçı sabah Bakı vaxtilə saat 00:00-da başlanacaq.

Komandalar arasında Bakıda keçirilən ilk oyun 2:2 hesabı ilə nəticələnib.