"Xalq komandası"nda sular durulmur
Moskva "Spartak"ının baş məşqçisi Gilyermo Abaskal hücumçu Aleksandr Sobolevi cəzalandırıb.
Sportline.az sovsport.ru-ya istinadla xəbər verir ki, təcrübəli futbolçu müvəqqəti olaraq komandanın məşqlərindən kənarlaşdırılıb.
Buna Sobolevin Abaskalın müəyyən etdiyi intizam normalarını sistematik şəkildə pozması səbəb olub.
Qeyd edək ki, uğursuzluq zolağına düşən "xalq komandası"nda daxili abu-hava xoşagəlməz halıb.
Kapitan Cikiya başda olmaqla bir neçə futbolçunun baş məşqçi ilə münasibətləri korlanıb.