Xames Rodriqez karyerasını Argentinada davam etdirə bilər

Kolumbiyalı yarımmüdafiəçi Xames Rodriqez Argentina klubuna trasnfer oluna bilər.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, təcrübəli futbolçu üçün Argentinanın "Banfild" klubu təklif göndərməyə hazırlaşır. 

Klubun baş məşqçisi Culiyo Sezar açıqlamasında :"Xames Rodriqez çox yaxşı futbolçudur. Hər komandaya belə biri lazımdır. Bizimlə oynamaq istəsə bundan xoşbəxt olaram",-deyib.

Qeyd edək ki, Xames Rodriqez hazırda Braziliyanın "Sao Paulo" klubunda çıxış edir.