Xavi Alonso "Liverpul"a keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

Xavi Alonso "Liverpul"a keçidi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportline.az xəbər verir ki, bu mövsüm "Bayer Leverkuzen"lə rekordlar qırmağa davam edən təcrübəli çalışdırıcı açıqlamasında :"İnsanların nəyisə arzualama xarakteri fərqlidir. Amma, biz onların arzusunu həyata keçirmək məcburiyyətində deyilik. Gələcəklə bağlı danışmaq və ya bu barədə açıqlama vermək yalnışdır. Mən burada xoşbəxtəm",-deyib.

Keçmiş futbolçu Saymın Rolfes isə Xavi haqqında :"O çox yaxşı baş məşqçidir. Klubu işindən məmnundur. İnanmıramki "Bayer" rəhbərliyi Xavinin getməsinə icazə versin",-deyə fikir bildirib.

Qeyd edək ki, Xavi Alonso bu mövsüm "Bayer Leverkuzen"lə çıxıdğı 33 oyunda 29 qələbə 4 heç-heçə ilə yadda qalıb.