Xavi: "Risk altındayıq"

Xavi Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turunda "Barselona" - "Portu" matçı ilə bağlı danışıb.

Sportline.az xəbər verir ki, UEFA-ya açıqlama verən Kataloniya klubunun baş məşqçisi narahat olduğunu dilə gətirib.

“Barselona”da həmişə hər şey risk altındadır. Hər oyun vacibdir. Mən yaxşıyam, enerji və optimizmlə doluyam. Mən bu komandaya rəhbərlik edirəm və futbolçularıma inanıram. Amma tənqiddən qaçmaq olmaz”, - deyə UEFA-nın mətbuat xidməti Xavidən sitat gətirib.

"Barselona" - "Porto" matçı noyabrın 29-da keçiriləcək.