Xavi təəssüfləndi
Bu gün La Liqada keçirilən "Rayo Valyekano" - "Barselona" matçında qalib müəyyənləşməyib - 1:1.
Sportline.az "Marca"ya istinadla xəbər verir ki, oyundan sonra Kataloniya klubunun baş məşqçisi Xavi təəssüfləndiyini bildirib.
"Çox təəssüfləndim. Əla oyun göstərdik. Layiqli mübarizə apardıq. Amma 1 xal qazandıq. Qələbə qazanmaq üçün daha yaxşısını etməliyik" - deyə Xavi bildirib.