"Xavi üçün çox xoşbəxtəm, o, əldə etdiyinə layiqdir"

"Barselona"nın prezidenti Joan Laporta Xavi ilə münasibətindən danışıb.

Sportline.az xəbər verir ki, Laporta ona inandığını bildirib.

“Xavi üçün çox şadam, o, əldə etdiyinə layiqdir. O, komanda ilə çətin vəziyyətlərdən keçdi, zədələrin öhdəsindən gəlməli oldu" - deyə Laporta "Marca"ya bildirib.