Xavidən Gündoğan açıqlaması
"Barselona"nın baş məşqçisi Xavi İspaniya çempionatında "Real"a məğlubiyyətdən (1:2) sonra yarımmüdafiəçi İlkay Gündoğanın emosional çıxışına münasibət bildirib.
Sportline.az xəbər verir ki, Xavi “Biz mükəmməlliyin tərəfdarıyıq. Biz Gündoğanın sözlərini ziddiyyətli hesab etmirik. Onun fikri ilə razıyıq. "Klasiko"nu öz səhvlərimizə görə itirdik. Soyunub-geyinmə otağında heç bir mübahisə olmayıb. Hamımızın içindəki qəzəbi dilə gətirib İlkay. Onun mədəniyyəti bizimkindən fərqlidir" deyə "Barca Universal"a bildirib.