Xavier Tebas "Barselona"nı təniq atəşinə tutub

İspaniya La Liqasının prezidenti Xaviyer Tebas "Barselona" rəhbərliyini tənqid edib. 

Sportline.az xəbər verir ki, liqa prezidenti açıqlamasında :"Barselona" maliyyə problemindən əziyyət çəkir. Transfer siyasətini düzgün bacarmadıqları üçün klub mənfiyə doğru hərəkət edir. Bu baxımdan "Real Madrid"ə baxıb dərs çıxarmalıdırlar. Kilin Mbappe və Alfonso Deyvisi transfer edəcəklər. Biz də bunun üçün kömək edəcəyik",-deyib. 

Qeyd edək ki, Xaviyer Tebas "Barselona" klubunun hazırda maliyyə problemi yaşadığı üçün futbolçu transferində ciddi problemlər yaşadığını bildirib.