Xetaq Qazyumov: "Rəqib daha istəkli idi"

"Hədəfim qızıl medal qazanmaq idi, ancaq alınmadı. Nə etmək olar? O, məndən güclü idi". SportLine.az xəbər verir ki, bu sözləri Rio-2016 Olimpiadasının gümüş mükafatçısı, güləşçi Xetaq Qazyumov deyib.

Olimpiadadakı çıxışını dəyərləndirən idmançı, "Gümüş medal bürüncdən daha pisdir. Çünki, bürüncü qalib gəlib qazanırsan, gümüşü uduzub əldə edirsən. Toğrulun məğlubiyyətinə görə təəssüflənsəm də, bunun çıxışıma təsir etməsinə imkan vermədim. Rəqibim daha istəkli idi. Bu da həlledici məqamda öz rolunu oynadı. Karyeramı davam etdirib-etdirməyəcəyimi bilmirəm. Buna yaxın günlərdə qərar verəcəyəm", - deyə bildirib.

Qabil Mehdiyev