"Ya hamımız dəli olmuşuq, ya da MLS dünyanın ən güclü liqalarındandır"

"Ya hamımız dəli olmuşuq, ya da MLS dünyanın ən güclü liqalarındandır".

Sprortline.az ESPN-ə istinadla xəbər verir ki, bunu Çili millisinin keçmiş futbolçusu Maurisio Pinilla Lionel Messinin 8-ci dəfə "Qızıl top"u qazanması haqqında danışarkən bildirib.

“Bu qərara yalnız dünya çempionatı təsir etdi. Yalnız bir turnir nəzərə alınırsa, niyə bütün mövsüm üçün mükafat verdiyimizi bilmirəm. Ümumiyyətlə, Messinin ən yaxşı olduğunu düşünmürəm”, - deyə Pinilla bildirib.